Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan: Hökumətin dəstək planı nə vəd edir?

Hökumət ötən həftə sonu koronavirusdan maddi əziyyət çəkən vətəndaşlar üçün dəstək planını təsdiqləyib...

Bəzi iqtisadçılar hesab edirlər ki, bu dəstək planı yaranmış vəziyyətdə əhaliyə maddi dəstəyi təmin edə biləcək: "Təkcə dövlət və enerji sektorunda çalışanlar yox, həm də qeyri-dövlət və qeyri-enerji sektorunda çalışan muzdlu vətəndaşlar da bu maddi dəstəkdən yararlana biləcəklər", millət vəkili Vüqar Bayramov deyib.

Amma bəzi təhlilçilərə görə, hökumət bu planı "qərarları intuitiv qaydada qəbul edib", çünki ölkədə real işçi qüvvəsi barədə məlumatlar dəqiq deyil və bu da minlərlə qeyri-leqal çalışan günəmuzd işçini dəstəkdən kənar saxlayacaq.

Hökumətin planının icra mexanizmi barədə hələlik rəsmi qurumlardan şərh almaq mümkün olmayıb.

Maddi dəstək planında nə var?

Hökumətin qəbul etdiyi dəstək planında nəzərdə tutulur ki, Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış 200 minə qədər şəxsə bu ilin aprel-may aylarında yaşayış minimumu qədər - 190 manat -birdəfəlik ödəniş veriləcək. Bu məqsədlə 70 milyon manat ayrılıb.

Tədbirlər planında bu il pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 300 min fərdi və mikro sahibkaraiş yerlərinin ixtisar edilməməsi məqsədilə maliyyə dəstəyinin göstərilməsi üçün 80 milyon manat ayrılıb.

Aprel-may aylarında ölkədə 50 min ictimai iş yeri yaradılması üçün 30 milyon manat ayrılıb. Həmin iş yerləri üçün ayda 300 manat olmaqla əmək haqqı nəzərdə tutulub.

Bu il koronavirusdan zərər çəkmiş sahələrdə çalışan 300 min muzdlu işçinin iş yerlərinin azaldılmaması məqsədi ilə həmin işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün 215 milyon manat ayrılıb.

Bu ilin aprelində COVİD-19-dan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlara) veriləcək 500 milyon manat məbləğində bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması üçün əlavə 20 milyon manat ayrılır.

Güzəştli ipoteka kreditlərinin verilməsi üçün bu ay İpoteka və Kreditlər Zəmanəti Fonduna 90 milyon manatın ayrılması nəzərdə tutulub.

Həmçinin aprel-may aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna əlavə 50 milyon manat, il ərzində sərnişindaşıma sahəsinə maliyyə dəstəyinin verilməsi üçün 280 milyon manat ayrılacaq.

Koronavirusdan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsi də nəzərdə tutulub.

"Bu plan kömək edəcək ki..."

Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, nəzərdə tutulan tədbirlər həm məşğul əhalini (muzdla işləyən vətəndaşlarımız), həm də işləməyən vətəndaşların sosial təminatını təmin edir, eyni zamanda onlara birbaşa yardımın həyata keçirilməsini nəzərdə tutur.

O vurğulayır ki, təkcə dövlət və enerji sektorunda çalışanlar yox, həm də qeyri-dövlət və qeyri-enerji sektorunda çalışan muzdlu işçilər də bu maddi dəstəkdən yararlana biləcəklər.

Millət vəkilinin fikrincə, işsizlər üçün ayrılan vəsait bu sahədə yaranmış problemin həllinə kömək edə biləcək: "Bu, qeydiyyatda olan 200 min işçiylə bağlı vəsaitin ayrılması deməkdir. Eyni zamanda 50 min yeni sosial iş yerlərinin açılması nəzərdə tutulub".

Vüqar Bayramov BBC News Azərbaycancaya deyib ki, iqtisadi paket daxilində nəzərədə tutulan proqramlar sahibkarlara dəstək verir ki, onlar öz işçilərini ixtisar etməsinlər, əmək kollektivlərini qoruyub saxlasınlar.

Vüqar Bayramova görə, bu plan işə düşdükdən sonra həm kreditlərdə, həm də güzəştli kreditlərin həcmində artım olacaq.

O, ipoteka bazarına yönəlik güzəştli kreditin artırılmasının da əmlak və inşaat sektoruna müsbət təsir edəcəyini düşünür.

"Sahibkarlıq üçün ciddi dəstəkdir, bəs işsizlər üçün?"

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyevin fikrincə, hökümətin tədbirlər planı ayrıca olaraq koronavirus dövrü və post-koronavirus dövrü üçün hazırlansaydı, bu, daha yaxşı olardı, çünki indiki formatda olan sənəd "qarışıqlıq yaradır".

İqtisadçı qeyd edib ki, bəyan edilən məqsədlər üçün ayrılan vəsaitin həcmi baxımından - 2,5 milyard manat və ya ÜDM-in 3 faizi - kifayət qədər ciddi məbləğdir və sahibkarlara bu cür yardm ciddi dəstək sayıla bilər.

"Lakin bunun nə dərəcədə şəffaf və ünvana çatan olacağı sual doğurur və bu məsələ mütləq monitorinq olunmalıdır," - o qeyd edib.

Azər Mehtiyev hesab edir ki, hökumət "qərarları intuitiv qaydada qəbul edib, çünki bu plan real olaraq işçi qüvvəsinin miqyası, əhalinin və insanların indiki durumda daha ağır vəziyyətə düşə biləcək hissəsinin sayı barədə məlumatın yetərli olmadığını göstərir".

"Eyni zamanda hökumətin əlində qeyri-rəsmi işsizilərin nə qədər olması barədə də dəqiq məlumat yoxdur. Bütün bunlar ona gətirib çıxarır ki, işsizlərin sayının necə müəyyən olunacağı qeyri-müəyyəndir. Bu kateqoriyanın sayını göstərən rəsmi rəqəmlər çox azdır",- Azər Mehtiyev qeyd edib.

"Daha effektiv və sürətli qərar verilməlidir"

İqtisadi məsələlər üzrə təhlilçi Natiq Cəfərli hesab edir ki, hökumətin yardım paketində rəsmi qeydiyyatda olmayan işsizlər kütləsi nəzərə alınmayıb.

"Ölkədə azı 1,5 milyon müqaviləsiz, günəmuzd işçilər var, əksəriyyəti də çox aşağı gəlirə malikdirlər, çoxları kirayədə yaşayır, onların axırı necə olacaq?"

Natiq Cəfərlinin qənaətincə, hökumət hazırkı vəziyyətdə əhaliyə kömək etmək üçün effektiv və sürətli qərarlar verməlidir: kommunal xərclər 3 aylıq dondurulmalı, orta və kiçik sahibkarlara 3 aylıq vergi tətili, banklara vergi tətili və uzunmüddətli aşağı faizli kredit verilməlidir, onlar da bütün növ kreditlər üzrə faiz hesablamalarını 3 aylıq dondurmalıdır.

İqtisadçıya görə, bütün vətəndaşlara minimum əmək haqqı həcmində - 250 manat - birdəfəlik maddi yardım ödənilməlidir.

Hökumətin planının icra mexanizmi barədə hələlik Əmək və Əhalinin Sosial Müdafiə və İqtisadiyyat nazirliklərindən şərh almaq mümkün olmayıb.(bbc.com)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Ən çox oxunanalar